Marsda insan qanından evlər tikəcəklər
Maraqlı
18.12.2024 17:36
Beynəlxalq alimlər qrupu tikinti materiallarının yaradılması üçün qan, zülal və insanın digər bioloji mayelərindən istifadə etməyi təklif edib.
TodayPress xəbər verir ki, belə bir araşdırma “Acta Astronautica” jurnalında dərc olunub.
Elmi işin müəllifləri qeyd ediblər ki, Marsa ilk ekspedisiya özü ilə məhdud miqdarda resurs götürə biləcək. Bununla bağlı mütəxəssislər insan qanı əsasında binaların tikintisi üçün istifadə edilə bilən material hazırlayıblar.
“Bir az qəribə olsa da, Marsda qandan tikinti üçün dayanıqlı beton və ya kərpic yaratmaq üçün istifadə oluna bilər” deyə müəlliflər vurğulayıblar.
Mars torpağında bir neçə növ beton üçün uyğun kimyəvi tərkib var. Keçmiş Mars ekspedisiyalarının məlumatlarını təhlil edən alimlər geopolimer və maqnezium-silisium qarışıqları əsasında 11 növ beton müəyyən ediblər. Mütəxəssislərin sözlərinə görə, materialların gücünü artırmaq üçün onlara qan, tər və göz yaşı əlavə oluna bilər. Mars şəraitində vacib olan məhlulun hazırlanması üçün su tələb olunmur.
Alimlər həmçinin iddia edirlər ki, bir astronavt öz qanından 72 həftə ərzində kifayət qədər protein istehsal edə bilər.
Günəş Mərd
tag: Mars ,Kimyəvi, qan, Tərkib, Ev, todaypress.az,