Makron villasını satışa çıxardı
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Pas-de-Kale bölgəsində yerləşən Monejan adlı villasını satmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə "Figaro" qəzeti məlumat yayıb.
Qeyd edilib ki, çox güman o, 250 kvadratmetrlik villanı şəhərin ən sıx küçələrindən birində yerləşdiyinə görə satmaq qərarına gəlib və bu diqqəti cəlb edib.
Villa Bricitə atasından miras qalıb.
Bundan əlavə, 2011-ci ildə Makron binanın təmiri üçün 15 illik 350 min avro kredit götürüb. Hazırda isə Makronun 127 min avro borcu qalıb. O, hər ay banka təxminən 2,5 min avro ödəyir.
Nicat Osman
tag: Fransa ,Emmanuel Makron,Bricit Pas-de-Kale,Monejan ,todaypress.az,