Limon ölümcül xəstəliklərin qarşısını alır

Maraqlı

17.07.2024 17:55

İnfarkt, insult və bəzi digər ölümcül xəstəliklərin qarşısını almaq üçün müntəzəm olaraq limon yemək faydalıdır. 

TodayPress, xarici mediaya istinadən xəbər verir ki, limon təkcə infarkt və insult riskini azaltmağa kömək etmir, həm də müntəzəm istehlak edildikdə xərçəng və şəkər xəstəliyindən qoruyur. 

Bu sitrus meyvəsi orqanizmə dəmirin sorulmasına kömək edir və üz rəngini yaxşılaşdırır. Gündə bir neçə dilim limon yemək bədəni vacib vitaminlərlə təmin edir, qan təzyiqini aşağı salmağa kömək edir.

Lakin onlardan həddindən artıq istifadə allergik reaksiyaya səbəb ola bilər. Xroniki mədə-bağırsaq xəstəlikləri olan insanlar bu meyvədən xüsusilə ehtiyatla istifadə etməlidirlər. Çünki bu, xora, kolit və qastroenteritlərə səbəb ola bilər.

Günəş Mərd

tag: Limon, Xəstəlik, Meyvə, Xora, Kolit, todaypress.az,