Kosmosdan insanın üzünü görmək mümkün olacaq

Maraqlı

21.02.2025 16:15

1896

Çinli alimlər xarici hərbi peykləri izləmək üçün lazer əsaslı dünyanın ən güclü kamerasını hazırlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Sinxay gölündə aparılan sınaqlar zamanı 100 kilometrdən çox məsafədən bir neçə millimetr dəqiqlikli görüntülər çəkilib. Əvvəllər belə nəticələr qeyri-mümkün hesab edilirdi.

Geniş profilli lazer, diametri 1.7 mm-ə qədər olan detalları görməyə və 15.6 mm dəqiqliklə obyektlərə olan məsafəni təyin etməyə imkan verir. 

Mütəxəssislərin fikrincə, yeni kameradan istifadə etməklə digər kosmik peyklərin seriya nömrəsini oxumaq mümkün olacaq. 

Gələcəkdə bu analoji qurğular kosmosda yerləşdirilə bilər ki, bu da ən kiçik detalları, o cümlədən yerdəki insanın üzünü ayırd etməyə imkan verəcək.

Nicat Osman

tag: Çin,Alim,Peyk,Hərbi,Sinxay,todaypress.az,