"Kosmos-482" 53 il sonra Yerə düşdü
Sovet İttifaqına məxsus avtomatik planetlərarası stansiya "Kosmos-482" Hind okeanına düşüb.
TodayPress xəbər verir ki, bu barədə "Roskosmos"un mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, cihaz yerli vaxtla saat 10:24-də Orta Andaman adasından 560 kilometr qərbdə Yer atmosferinin sıx təbəqələrinə daxil olaraq, Cakartanın qərbində okeana düşüb.
Qeyd edək ki, "Kosmos-482" 1972-ci ilin 31 martında Baykonur kosmodromundan buraxılıb və "Venera-8" missiyasının ehtiyat nüsxəsi kimi nəzərdə tutulub.
Lakin buraxılış zamanı gücləndirici blokun sıradan çıxması səbəbindən stansiya Venera əvəzinə Yerətrafı orbitdə qalıb və bu vaxta qədər fəaliyyət göstərməyən obyekt kimi kosmosda dövrə vurub.
Türkan İsgəndərli
tag: Sovet İttifaqı,Kosmos,Planet,Raket,todaypress.az,