Kosmetik məhsullar soyuducuda saxlanıla bilər?
Bəzi kosmetik məhsulların soyuducuda saxlanması onların xassələrini dəyişdirə bilər.
TodayPress xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edib.
Soyuq temperaturun təsiri ilə bakteriyaların və göbələklərin böyüməsi ləngiyir, amma bəzi məhsulların keyfiyyətinə zərər verə bilər.
Üzvi kosmetikalar, C vitamini və retinoidlər kimi aktiv maddələri olan kremlər və serumlar, həmçinin nəmləndirici və təravətləndirici maskaları soyuducuda saxlamaq tövsiyə edilir.
Lakin dodaq boyaları, dodaq parıldadıcıları və tonal kremlər soyuducuda saxlanmamalıdır, çünki bunlar tutarlılığını dəyişə bilər və sərtləşə bilər.
Türkan İsgəndərli
tag: Kosmetik,Dodaq boyası,Gözəllik,Soyuducu,todaypress.az,