Köpək balıqlarında kokain aşkarlandı
Maraqlı
23.07.2024 16:00
Braziliya sahillərində köpək balıqlarının kokain testi müsbət çıxıb.
TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Alimlər Rio-de-Janeyro yaxınlığındakı sahillərdən götürülmüş 13 iti burunlu köpək balığını sınaqdan keçiriblər. Nəticədə onların əzələlərində və qaraciyərlərində yüksək səviyyədə kokain olduğu müəyyən edilib.
Mütəxəssislər hesab edirlər ki, kokain sulara narkotikin istehsal olunduğu qeyri-qanuni laboratoriyalar vasitəsilə və ya narkotik istifadəçilərinin ifrazatı ilə daxil olur.
Kokainin köpək balıqlarının davranışını dəyişdirib-dəyişdirmədiyini müəyyən etmək üçün əlavə araşdırma tələb olunub.
Alimlərin sözlərinə görə, dərmanlar çox vaxt heyvanlara insanlara olduğu kimi təsir göstərir.
Töhfə Səməd
tag: Köpək balığı, Alimlər, Rio-De Janeyro, Kokain, Mütəxəssislər, todaypress.az,