Kofeini hansı saatlarda qəbul etmək olar? - Həkim açıqladı

Maraqlı

19.09.2024 09:48

“Günortadan sonra kofein qəbul etməmək sizin sağlamlığınıza xeyirdir”.

TodayPress xəbər verir ki, bu sözləri həkim terapevt Punam Dezayi deyib. 

Onun sözlərinə görə, qəhvə içmək vərdişi yuxuya mənfi təsir göstərə bilər. Dezayi izah edib ki, kofeinin bədəndə tam həzm olunması 5-6 saat vaxt çəkir. 

"Əgər siz günortadan sonra qəhvə içsəniz, yatana qədər o, hələ də bədəninizə təsir edəcək və yuxuya getməyinizə, gecəni yaxşı dincəlməyinizə imkan verməyəcək" deyə həkim bildirib. 

Töhfə Səməd

tag: Kofe, Həkim, Sağlamlıq ,Yuxu ,İnsanlar, todaypress.az,