Kofein və qəhvənin faydaları kəşf edildi

Maraqlı

20.09.2024 03:42

Kofein və qəhvə ürək xəstəliyi riskini azaldır.

 

TodayPress xəbər verir ki, Çinin Soochow Tibb Kollecinin tədqiqatçıları bu barədə araşdırma aparıb.

 

Tədqiqatçıların sözlərinə görə, müntəzəm qəhvə və kofein istehlakı ürək-damar və metabolik sistemlərlə bağlı bir çox xəstəliklərin riskini azaldır.

 

Bildirilib ki, gündə üç fincana qədər qəhvə və ya kofeinin diabet, koronar ürək xəstəliyi kimi yeni başlayan kardiometabolik xəstəliklərin riskində nəzərəçarpacaq dərəcədə azalma ilə əlaqələndirilir.

 

Müntəzəm olaraq qəhvə və ya kofein qəbul edən insanlarda bu cür xəstəliklərin inkişaf riski bu məhsulları istehlak etməyənlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı özünü gəstərir.

 

Həmçinin gündəlik orta miqdarda qəhvə və ya kofein qəbul edən insanlar gündə 100 milli qramdan az kofein qəbul edən və ya tamamilə qəhvədən qaçanlarla müqayisədə kardiometabolik xəstəliyin inkişaf riskini 48,1 və 40,7 faiz azaldır.


Aynur TAC

tag: Qəhvə, Sağlam, Kofein, Dieta,todaypress.az,