Kişilərin beyni gün ərzində kiçilir
Maraqlı
21.09.2024 18:50
Kaliforniya Universitetinin amerikalı alimləri kişi orqanizmində beyin həcminə təsir edən hormonal dövranı aşkar ediblər.
TodayPress xəbər verir ki, bu barədə tədqiqat “Journal of Neuroscience” (JONS) elmi jurnalında dərc olunub.
Mütəxəssislər MRT vasitəsilə 26 yaşlı kişinin beynini 30 gün ərzində 40 dəfə skan ediblər. Tədqiqat göstərib ki, kişi orqanizmində beyinin həcmi steroid hormonların - testosteron, kortizol və estradiolun səviyyəsi ilə bağlıdır.
Məlum olub ki, gün ərzində üzərində təcrübə aparılan şəxsin beynindəki boz maddənin həcmi orta hesabla təxminən 0,6% azalıb.
Günəş Mərd
tag: Kaliforniya ,Universitet ,Amerika ,Tədqiqat ,Kişi Beyni ,todaypress.az,