Kərəvizin müalicəvi faydaları
Maraqlı
12.06.2024 10:15
Kərəviz
qiymətli qida məhsulu olmaqla yanaşı, müalicəvi təsirə də malikdir. Kərəviz
qocalmanı ləngidir, böyrək fəaliyyətini yaxşılaşdırır, arterial təzyiqi aşağı
salır. Eyni zamanda maraqlı məqam odur ki, bu bitki insanı arıqladır. Çünki kərəviz
yeyəndə xərclənən kalorilər kərəvizdəki kalorilərdən çoxdur.
TodayPress
bu bitki barədə faydalı və maraqlı məlumatları təqdim edir:
Kərəvizin tərkibində
çoxlu vitaminlər, amin turşuları, zülallar və minerallar var. Kərəvizi hər
yaşda olan adam qəbul edə bilər. Kərəvizin aşağıdakı faydaları var:
– Hamiləlik
zamanı böyrəklərin fəaliyyəti zəiflədikdə, duzların miqdarı artdıqda kərəviz dəmləməsi
çox faydalıdır.
– Kərəviz dəmləməsini
rejimli qaydada içdikdə orqanizmdə su-duz mübadiləsi normaya düşür.
– Hər axşam
yatmazdan qabaq 1 stəkan kərəviz dəmləməsi sinirləri sakitləşdirir, yuxunu dərinləşdirir.
– Kərəvizin
kökündə efir yağları olduğu üçün dəmləməsi daxili sekresiya vəzilərinin fəaliyyətini
yaxşılaşdırır.
– Şəkərli
diabet xəstələrinə gündə bir-neçə stəkan kərəviz çayının çox faydası var.
(qafqazinfo.az)
tag: Kərəviz, Faydalı, Müalicəvi, Qida, todaypress.az,