Kenqurularla bağlı sirr açıldı

Maraqlı

25.04.2025 11:00

7

Avstraliyanın Kvinslend bölgəsində yaşamış iri ölçülü qədim kenqurular bədənlərinin böyüklüyünə baxmayaraq, təəccüblü dərəcədə kiçik yaşayış arealına malik olublar. Onlar çox böyük olsalar da, yaşadıqları ərazidən uzağa getmirmişlər. 

TodayPress xəbər verir ki, bu barədə məlumat “Plos One” jurnalında dərc olunmuş yeni elmi araşdırmada yer alıb.

Alimlər bu kenquruların çəkisinin 170 kiloqrama qədər çatdığını bildirirlər. Bu, hazırda yaşayan ən iri kenqurudan iki dəfə çoxdur. Normalda belə iri heyvanların geniş sahələrdə hərəkət etdiyi düşünülür. Məsələn, müasir qırmızı kenqurular gün ərzində onlarla kilometr yol qət edə bilirlər.

Ancaq Etna dağı yaxınlığında tapılan fosil dişlər göstərir ki, bu nəhənglər yaşadıqları yerin yaxınlığından demək olar ki, heç yerə getməyiblər. Onlar həmin ərazidə doğulub, yaşayıb və ölüblər. 

Alimlər düşünür ki, kenqurular təbiətə yaxşı uyğunlaşdıqları üçün kiçik bir ərazidə yaşamaqla kifayətləniblər və uzaqlara getməyə ehtiyac duymayıblar.

Qiymət Mahir

tag: Avstraliya,Kvinslend,Kenquru,Araşdırma,todaypress.az,