Keçəl kişilər niyə qadınları cəlb edir?
Keçəl kişilər bir çox qadınları cəlb edir. Çünki əksər qadınlar keçəlliyi yüksək liderlik keyfiyyətləri, xarizma, cəsarət, qətiyyət və müvəffəqiyyətlə əlaqələndirirlər.
TodayPress məlumat verir ki, bu tendensiya 1970-ci illərdə yaranıb.
O zaman alimlər sübut ediblər ki, keçəl kişilərdə testosteron səviyyəsi daha yüksəkdir. Bundan əlavə, 1990-cı illərdə onlar keçəlliyin təkamül faydasını kəşf ediblər.
Məlum olub ki, başdakı tüklərin azalması heyvanlar aləmində kişi primatların döyüşlərdə qalib gəlməyini daha da sürətləndirib.
Stilistlər isə hesab edir ki, keçəl kişilər özlərinə daha yaxşı baxırlar.
Xüsusilə, nəmləndirici maskalar tətbiq edirlər və SPF kremindən istifadə edirlər.
Qeyd edək ki, Mançester Universitetinin alimləri daha əvvəl müəyyən etmişdilər ki, stressin həddindən artıq çox olması kişilərdə saçın keyfiyyətinin pisləşməsinə səbəb olur.
Əksər hallarda bu, saç tökülməsi ilə nəticələnir.
tag: Keçəl,Kişi,Qadınlar,Cəlb,Todaypress.az,