Kapelladan ağ tüstü qalxdı: Sonrakı mərhələlər nədir?

Maraqlı

09.05.2025 16:40

101

Papa Fransisk dəfn edildikdən sonra Sistina kapellasından çıxan ağ tüstü və zənglərin səsi yeni dövrün başlandığını elan etdi.      

TodayPress-in araşdırmasına görə, son yüz ildə cəmi yeddi dəfə papa seçkisi keçirilib.

Seçkinin özü uzun sürə bilər. 

Yeni papa necə elan edilir?

Ağ tüstü və zənglər yeni papanın seçildiyini bildirir. Papanın özü isə artıq vəzifəni qəbul etdikdən sonra bu elan edilir. Bu andan etibarən onun səlahiyyətləri başlayır. Əgər seçilən şəxs vəzifəni qəbul etməzsə, konklav davam edir.

Ad seçimi və geyim mərasimi

Yeni papa ilk olaraq hansı adla tanınmaq istədiyini bildirir. Son 470 ildə bütün papalar adlarını dəyişiblər. Məsələn, Papa Fransisk bu ənənəni pozaraq əvvəlki papalardan birinin deyil, Assisili Fransiskin adını seçmişdi.

Daha sonra papa “Göz yaşı otağı” adlandırılan kiçik bir otaqda ona əvvəlcədən hazırlanmış (üç ölçüdə – kiçik, orta və böyük) paltarlar arasında uyğun olanı geyinir. Bu paltarlar bu il Ranieri Mançinelli tərəfindən hazırlanıb.   

Balıqçı üzüyü və ilk xeyir-dua

Papa xüsusi “Balıqçı üzüyü”nü taxır. Bu, müqəddəs Pyotrun (ilk papanın) simvolu sayılır. Kardinallar bir-bir yeni papaya itaət bildirir və o da onlara ilk xeyir-duasını verir.

“Habemus papam!” – Dünya xəbər tutur

Mərkəzi eyvana çıxan kardinal-dekan latınca “Habemus papam!” – “Papamız var!” sözləri ilə xəbəri dünyaya elan edir. Onun ardınca yeni papa eyvana çıxır və “Urbi et Orbi” – “Şəhərə və dünyaya” adlı ilk apostol xeyir-duasını verir.

Rəsmi mərasim və vəzifəyə başlama

Təxminən bir həftə sonra keçirilən xüsusi ayinlə papa vəzifəsinə rəsmi olaraq başlayır. Bu mərasim əvvəlki dövrlərdəki kimi taxt və tacla müşayiət olunmur. Sonuncu dəfə 1963-cü ildə Papa VI Pavel bu tacı taxmışdı. O vaxtdan bəri daha sadə mərasimlər keçirilir.

Qiymət Mahir

tag: Katolik ,Papa,Roma,Vatikan,todaypress.az,

photo
photo
photo