Kanada qazlarla mübarizə proqramı hazırladı

Maraqlı

28.04.2025 18:30

14

Kanadanın Milli Müdafiə Nazirliyi əməkdaşları üçün iş yerlərində qazlarla qarşılaşma ehtimalına qarşı xüsusi davranış planı hazırlayıb. 

TodayPress xəbər verir ki, bu barədə "Ottawa Citizen" nəşri məlumat yayıb.

Bir neçə il əvvəl qazlar Ottava şəhərindəki Karlinq prospektində yerləşən Müdafiə Nazirliyi kompleksinin ərazisini özlərinə yuva salmaq üçün seçiblər. Qazların martdan may ayına qədər davam edən yuvalama dövrü ərzində onların davranışları olduqca aqressivləşir. Qeyri-arzuolunan insidentlərin qarşısını almaq məqsədilə nazirlik əməkdaşları üçün xüsusi təlimat hazırlanıb.

Təlimatda hərbi və mülki işçilərə qazları dahaçox qəzəbləndirməmək üçün onları yemləməmək və toxunmamaq tövsiyə olunur. Əgər əməkdaş aqressiv davranan qazla qarşılaşarsa, sakitliyini qoruması və panikaya düşməməsi məsləhət görülür.

Təlimatda həmçinin qəzəbli qazla qarşılaşan zaman necə geri çəkilməli olduqları da izah edilib. Əməkdaşlara quşla birbaşa göz təmasını saxlayaraq, yavaş-yavaş yana doğru uzaqlaşmaları tövsiyə edilib.

Töhfə Səməd

tag: Kanada,Milli Müdafiə Nazirliyi,Qəzəbli,Qaz,todaypress.az,