İybilməni itirənlərin DİQQƏTİNƏ! : Ölüm riskiniz artır
Maraqlı
23.10.2024 18:20
İsrail alimləri müəyyən ediblər ki, qoxu hissini itirən 57 yaşdan yuxarı insanlarda ölüm riski beş il ərzində üç dəfə artır.
TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Təcrübə zamanı tədqiqatçılar nəfəslərin tezliyini və həcmini ölçmək üçün könüllüləri cihazlarla təchiz ediblər. Nəticələr iybilmə qabiliyyəti olmayanlara (anosmiya) nisbətən normal qoxu hissi olan insanların saatda 240 dəfə çox nəfəs aldığını göstərib. Bu fərqlər yuxuda belə eyni şəkildə davam edib.
Araşdırma, həmçinin müəyyən edib ki, 57 yaşdan yuxarı qoxu hissini itirən insanlarda bu hadisədən sonra beş il ərzində ölüm riski üç dəfə artır.
Alimlər vurğulayıblar ki, anosmiya ya anadangəlmə, ya da qazanılmış ola bilər, məsələn, infeksiyalar və ya xəsarətlərdən sonra yarana bilər.
Qoxu hissinin olmaması artan depressiya, piylənmə, koqnitiv pozğunluq və hətta ölüm riski ilə əlaqələndirilir.
Qoxu hissinin pozulması isə həyat keyfiyyətini azaldır, qidalanma, emosional vəziyyət və sosial fəaliyyətə təsir göstərir.
Günəş Mərd
tag: İsrail, Alimlər, Təcrübə,Qoxu, Hiss, todaypress.az,