İtaliyada yayla payız eyni anda yaşandı
Maraqlı
13.07.2024 11:33
İtaliyada təbitə hadisəsi ölkəni iki hissəyə böldü.
TodayPress xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin şimal bölgələrində yağış və tufanlar, mərkəzi və cənub bölgələrində isə qızmar günəş müşahidə olunur.
Son günlər yağan yağışlar nəticəsində İtaliya-İsveçrə sərhədində yerləşən Komo gölündə suyun səviyyəsi artıb, daşqınlar baş verib. Şimaldakı Lombardiya bölgəsində isə güclü külək və dolu avtomobillərə ciddi ziyan vurub.
Digər tərəfdən səlahiyyətli şəxslər həddindən artıq istilərlə əlaqədar bəzi şəhərlərin risk səviyyəsinə çatdığını açıqlayıb. Mərkəz və cənub bölgəsindəki 11 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edilib.
Töhfə Səməd
tag: İtaliya, Yaz, Yay, Yağış, Daşqın,todaypress.az,