İtaliyada həkim pişiyinə rentgen çəkdiyi üçün həbs olundu
İtaliyanın Aosta şəhərində yerli xəstəxananın radiologiya şöbəsinin müdiri Canluka Fanelli ev pişiyi üçün kompüter tomoqrafiyası etdiyinə görə həbs edilib.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Fanelli pişiyi Afinanın yalnız təcili tibbi müdaxilə ilə xilas oluna biləcəyini bildirib. O, pişiyinə rentgen çəkdikdən sonra angioqrafiya şöbəsində əməliyyat edib. Hazırda həkim dövlət vəsaitlərinin israfında ittiham olunur və xəstələrin müalicəsindən uzaqlaşdırıla bilər. İş artıq şəhər prokurorluğuna təqdim edilib.
Həkim müdafiəsində xəstəxana avadanlıqlarından yalnız iş saatlarından sonra, təcili analizlərə ehtiyacı olan xəstələrin qalmadığı vaxt istifadə etdiyini deyib. O, həmçinin tibb müəssisəsinə dəymiş xərcləri ödəməyə hazır olduğunu bildirib.
Qiymət Mahir
tag: İtaliya,Pişik,Həkim,Həbs,Todaypress.az,