İsveçrədə ördək radara düşdü

Maraqlı

14.05.2025 20:20

25

İsveçrənin Bern yaxınlığındakı Köniz şəhərində qeyri-adi hadisə gündəm olub. Belə ki, sürət həddini aşan bir ördək kameraya tuş gəlib.

TodayPress xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Şəhər polisinin açıqlamasına görə, hadisə baş verən ərazidə sürət limiti 30 km/saat olsa da, ördəyin 52 km/saat sürətlə uçduğu müəyyən edilib.

Maraqlıdır ki, bu, həmin məkanda ördəklərin sürət həddini aşması ilə bağlı qeydə alınan ilk belə hadisə deyil.

Polis xatırladıb ki, 2018-ci ildə eyni yerdə, eyni sürətlə uçan başqa bir ördək də kameraya düşüb.

Vəziyyəti yumorla qarşılayan rəsmilər ehtimal edir ki, bu ya eyni quş, ya da onun qohumudur.

Töhfə Səməd

tag: İsveçrə,Bern ,Ördək,Radar,todaypress.az,