İsti havalarda telefonunuzu uzun müddət şarjda saxlamayın
Maraqlı
26.07.2024 11:10
Yay aylarında havanın temperaturu yüksək olduğundan mobil telefonların batareyalarının həddindən artıq qızması bəzi problemlərə səbəb ola bilər.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, telefon ustaları isti havalarda mobil telefonların uzun müddət elektrik şəbəkəsinə qoşulmuş vəziyyətdə qalmamasını tövsiyə ediblər.
Mütəxəssislərin sözlərinə görə, bu, batareyaların ömrünü qısalda bilər.
Yay aylarında telefonların enerji yığan hissələri istidən daha çox zədələnir. Bu da batareya ilə əlaqəli bir vəziyyətdir. Belə ki, saxta batereyalar daha tez istiyə məruz qalır. Bu zaman telefonun ömrü qısalır və cihazın işi zəifləyir. Buna görə də saxta batareyalar tövsiyə edilmir.
Batareya dolan kimi telefonu elektrik şəbəkəsindən ayırmaq lazımdır. Bu şəkildə həm telefonun, həm də batareyanın ömrü daha uzun olacaq. Bundan əlavə, bütün cihazları günəş şüalarından uzaq tutumaq lazımdır.
Günəş Mərd
tag: İsti, Hava, Telefon, Temperatur, Mütəxəssislər, todaypress.az,