İsti havalarda su əvəzinə süd içmək lazımdır
Maraqlı
14.08.2024 14:14
“Süd susuzluğu sudan daha yaxşı yatırır”.
TodayPress xəbər verir ki, bunu britaniyalı terapevt Nataşa Fernando deyib.
Həkimin sözlərinə görə, bədənin su və nəm ehtiyyatlarını artırmaq üçün yalnız su içməklə kifayətlənmək lazım deyil. Südün şəkəri, zülal və yağ tərkibi mədədən mayenin xaric olma sürətini yavaşlatdığından, bir stəkan süd insanın daha uzun müddət susamamasına kömək edir.
Onun sözlərinə görə, südün tərkibində natrium da var ki, bu da orqanizmin suyu daha uzun müddət saxlamasına kömək edir. Təkcə inək südü deyil, həmçinin veganlar və ya laktoza dözümsüzlüyü olan insanlar alternativ bitki mənşəli südlər içə bilərlər ki, bu da orqanizmə lazım olan elektrolitləri özündə ehtiva edir.
O, süddən əlavə, isti havalarda qarpız, kokos suyu, xiyar və ya xiyar suyu, həmçinin tərkibinə su qatılmış təzə sıxılmış meyvə şirələri içməyi də tövsiyə edib.
Töhfə Səməd
tag: Süd, İsti Hava, Orqanizm,Nataşa Fernando, Su, todaypress.az,