İşə görə 14 dişini itirdi
Avstraliyada bir kişi işinə görə 14 dişini itirib.
TodayPress xəbər verir ki, bu barədə "News" məlumat yayıb.
Sidneyli 59 yaşlı Qabriel Kabral 12 ildir ki, mətbəx səthlərinin istehsalı ilə məşğul olan şirkətdə çalışır. Bu illər ərzində o, kristal silisiumun təsiri ilə əlaqəli avtoimmün xəstəliyi – sklerodermiyanın ağır fəsadları ilə üzləşib.
Son bir neçə il 14 dişini itirib, bir neçə əməliyyat keçirib. Kabrel hazırda xəstəliklə mübarizə aparır.
Həkimlər bildirir ki, onun ofisi istehsal sexindən uzaqda yerləşsə də, müntəzəm olaraq silisium tozu ilə təmasda olub.
İlk simptomlar 2021-ci ildə ortaya çıxıb: əl şişkinliyi, oynaq ağrıları və udmada çətinliklər. Bir neçə ay sonra Kabrel yerimə qabiliyyətini itirib.
“Mən adi stullarda otura bilmirdim. Həyat yoldaşım mənim üçün yastıqlar gətirirdi ki, nisbətən rahat əyləşə bilim” deyə o bildirib.
2023-cü ildə isə o, dişlərini itirməyə başlayıb.
"COVID dövründə olduğu kimi maska taxırdım, çünki görünüşümdən utanırdım" deyə Kabrel etiraf edib.
Hazırda Kabral ağciyər zədələnməsi və udma problemlərindən əziyyət çəkir və keçmiş iş yerinə qarşı mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Töhfə Səməd
tag: Avstraliya,Sidney,Xəstə,İş,Diş,todaypress.az,