İquanalar adanı ələ keçirdilər
Fici adasında yayılmış iquanaların əcdadları Şimali Amerikadan gəliblər.
TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Amerikalı və Fici alimləri Fici iquanalarının Şimali Amerikada tapılan səhra iquanalarının nəslindən olduğunu aşkar ediblər. Bu növ adanı təxminən 34 milyon il əvvəl işğal edib. Ficiyə çatmaq üçün kərtənkələlər Sakit Okeanı səkkiz min kilometr üzməli olublar.
Mütəxəssislər iquanaların məsafəni sallarla qət etməsindən şübhələnirlər. Bu kərtənkələlərin bir vaxtlar Qalapaqos adalarına belə gəldiyi güman edilir. Oxşar səyahətlər insanların gözünün qabağında olub. Məsələn, 1995-ci ildə Karib dənizindəki Qvadelupa adasından 15 yaşıl iquana Anguilla adasına enib. Bunun üçün onlar üzən bitkilərlə 270 kilometr məsafə qət ediblər.
Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc olunub.
Aynur TAC
tag: Fici ,İquana,Şimali Amerika,Sakit Okeanı,Anguilla,todaypress.az,