İnsanlarla heyvanlar arasında döyüşlər sübut edildi
Yeni elmi araşdırma nəticəsində qədim Roma dövründə qladiatorların təkcə bir-biri ilə deyil, həm də vəhşi heyvanlarla ölümcül döyüşlərə cəlb olunduğunu təsdiqlənib.
TodayPress xəbər verir ki, bu barədə “PLOS One”da dərc olunmuş araşdırmada məlumat verilir.
Tədqiqat irlandiyalı professor Tim Tompsonun rəhbərliyi ilə beynəlxalq arxeoloq və osteoloqlardan ibarət komanda tərəfindən aparılıb.
Alimlər İngiltərənin York şəhəri yaxınlığında, Roma dövrünə aid qəbiristanlıqda tapılmış bir insana məxsus skeleti analiz ediblər.
Skeletin çanaq sümüyündə aşkar edilən diş izləri müasir zooloji nümunələrlə müqayisə edilərək şirə məxsus olması müəyyən edilib. Bu izlər Roma arenasında insanlar və heyvanlar arasında keçirilən döyüşlərin real fiziki izlərini sübut edən ilk osteoloji fakt kimi qiymətləndirilir.
“İndiyədək bu döyüşlərlə bağlı bildiklərimiz əsasən tarixi mətnlərə və mozaika, keramika kimi təsviri sənət nümunələrinə əsaslanırdı.İlk dəfədir ki, belə hadisələrin baş verdiyini göstərən fiziki sübut var” deyə professor bildirib.
Qiymət Mahir
tag: İnsan,Heyvan,Qladiator,Roma,todaypress.az,
