İnsanlar üçün üçüncü qol yaradıldı
Maraqlı
21.08.2024 15:50
Lozannadakı İsveçrə Federal Texnologiya İnstitutunun mütəxəssisləri diafraqma və baxışla idarə olunan robot qolun prototipini yaradıblar.
TodayPress xəbər verir ki, bu barədə “Science News Explores” (SNE) məlumat yayıb.
Qeyd olunub ki, qurğu, sinə üzərində quraşdırılır. Dərin ekshalasiya robot barmaqlarının sıxılmasına, inhalyasiya isə robot barmaqlarının rahatlamasına səbəb olur.
Alimlərin fikrincə, insan onu idarə etməyi bir neçə saat ərzində öyrənə bilər. Elm adamlarının sözlərinə görə, müəyyən rutin və ya təhlükəli hərəkətləri yerinə yetirmək üçün bu ixtiradan istifadə etmək olar.
Alimlər ixtira haqqında hesabatı “Science Robotics” jurnalında dərc ediblər.
Günəş Mərd
tag: Alimlər, Robot Qol,İsveçrə Federal Texnologiya İnstitutu, Lozanna,İnsanlar, todaypress.az,