İnsanlar ölümdən əvvəl nə hiss edir?

Maraqlı

20.07.2024 10:58

“İnsan vəfat etməzdən əvvəl ilk olaraq aclıq, sonra isə susuzluq hissini itirir”. 

TodayPress xəbər verir ki, belə bir açıqlama ilə ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek çıxış edib. Onun sözlərinə görə, daha sonra toxunma, eşitmə və görmə hissləri yox olur.

Ekspert qeyd edib ki, insan orqanizmi ölüm ayağında olanda beyin bəzi hissələrini yaşamaq üçün lazımsız hesab etdiyinə görə, onları söndürür. Bundan başqa beyinin bəzi hissələrində qıcıqlanma baş verir ki, bu da öz növbəsində görmə orqanına təsir edir. Bu səbəbdəndir ki, bəzi insanlar ölüm anında işıq görməyə başlayırlar.

Nərmin Tuncay

tag: İnsanlar, Ölüm, ABŞ,Orqanizm, Ekspert, todaypress.az,