İnsan beynindən "canlı kompüter" istehsal edildi
Maraqlı
11.06.2024 09:10
İsveç alimləri insan beynin toxumasından hazırlanan dünyada ilk canlı kompüteri istehsal ediblər.
TodayPress xəbər verir ki, normal kompüter çipi kimi məlumat mübadiləsi aparan “canlı kompüter”in dünyanın enerji böhranlarını həll edə biləcəyi proqnozlaşdırılır.
Laboratoriya mühitində
yetişdirilən 16 beyin hüceyrəsi qrupundan ibarət olan hüceyrələr bir-birləri
arasında informasiya əlaqəsini təmin edir. Ənənəvi
kompüter çipi kimi işləyən yeni kompüter neyronlar vasitəsilə siqnal göndərən
və qəbul edən sxemlər kimi çıxış edir.
Lakin yeni texnologiyanı fərqləndirən onun daha az enerji sərf etməsidir, çünki
canlı neyronlar mövcud rəqəmsal prosessorlardan milyonlarla dəfə az enerji sərf
edirlər.
Elm adamları, beynimizin 10 ilə 20 vatt arasında enerji istehlak etməsini tələb edən işlərin bugünkü kompüterlərdə 21 meqavat enerji sərf etdiyini ortaya qoydular. Bu, onların insan beynindən min dəfə çox enerji sərf etdiyini göstərir.
Təxminən 0,5 mm diametrdə və 10 min canlı neyrondan ibarət mini beyinlər dopamin dozaları ilə yüklənir. Tapşırıqları düzgün yerinə yetirdikdə, mükafat olaraq bir kimyəvi maddə axını alırlar.
Alimlər müəyyən sahələri dopamin ifrazını təqlid etmək üçün işığa məruz qoyaraq stimullaşdırırlar. Orqanoidlər səkkiz elektrodla əhatə olunub və aktivliyi ölçə bilir.
Bu sıçrayış biologiya və texnologiya arasındakı sərhədləri qarışdıraraq hesablama və nevrologiyada yeni imkanlar açır.
GÜNEL
tag: Texnologiya, Çip,Beyin hüceyrəsi, Kompüter, todaypress.az,