İnsan beynində mikroplastiklər aşkar edildi
Maraqlı
04.09.2024 15:45
İnsan beynində digər orqanlara nisbətən daha çox mikroplastik var.
TodayPress xəbər verir ki, bu barədə “The Hill” araşdırma nəticələrini yayımlayaraq bildirib.
Tədqiqatçılar ABŞ-də 2016-2024-cü illərdə donorlardan toplanmış qaraciyər, böyrək və beyinləri tədqiq ediblər.
45-50 yaşlı insanın beyin nümunəsinin 1 qramında 4,8 mikroqram plastik tapılıb ki, bu da toxuma kütləsinin 0,5 faizini təşkil edir.
Nümunələr göstərir ki, insan beynində daha çox çanta, qida qabları və oyuncaqların hazırlanmasında istifadə olunan polietilen mövcuddur.
Töhfə Səməd
tag: ABŞ, Donor ,Nümunə, İnsan Beyni, Orqanlar, todaypress.az,