İngiltərədə bir qadın çayla evləndi
Çayla evlənən britaniyalı qadın ilk təəssüratlarını bölüşüb.
TodayPress xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
2023-cü ildə o zaman 26 yaşı olan Meq Avon Britaniyanın Viltayer, Somerset və Gloucester qraflıqlarından axan Avon çayı ilə evlənib.
Bu yolla o, Avonun çirklənməsinə diqqət çəkmək istəyib.
Onunla birlikdə mərasimdə bir neçə başqa ekofəal da iştirak edib. Bir il sonra, evliliyinin ilk ildönümündə Meq Avon çayı boyunca gəzintiyə çıxmaq və bir həftə sahil boyu gəzmək qərarına gəlib.
O, evliliyində xoşbəxt olduğunu dilə gətirib.
Töhfə Səməd
tag: İngiltərə,Qadın,Çay,Evlilik,Todaypress.az,