İlon Mask: “2026-cı ilə qədər 1000-dən çox insana “Neuralink” çipi implantasitya edilə bilər”
Maraqlı
16.07.2024 08:50
Amerikalı iş adamı İlon Mask 2026-cı
ilə qədər 1000-dən çox insana “Neuralink” beyin çiplərini implantasiya etməyi hədəflədiklərini
açıqlayıb.
TodayPress xəbər verir ki, o,
bu barədə “X” hesabında yazıb.
Onun sözlərinə görə, iki
il sonra dünyada "Neuralink" çipinə sahib 1000-dən çox insan
olacaq.
"Neuralink" çipi ilk dəfə 8 ildir
boyundan aşağı iflic olan 30 yaşlı Noland Arboya implantasiya
edilmişdi. Lakin Noland çip taxılması nəticəsində bəzi sağlamlıq problemləri ilə
üzləşib. Buna baxmayaraq, Noland çipin onun həyatını dəyişdiyini deyir.
İlon Maskın beyin implantı
startapı “Neuralink”, hazırda cihazını sınaqdan keçirəcək ikinci şəxs üçün
müraciətləri qəbul edir.
Nəzrin Cavadzadə
tag: todaypress.az, İlon Mask, Neuralink, Çip, İmplantasiya,