İlk yoluxma qeydə alındı: YENİ VİRUS
Maraqlı
06.06.2024 12:18
Ümumdünya Səhiyyə Təşkilatı dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma halının qeydə alındığını açıqlayıb.
TodayPress xəbər verir ki, bu hal Meksikada yaşanıb.
ÜST xəstəliyin insanlar arasında yayılma riskini aşağı səviyyədə qiymətləndirib. Təşkilatın Cenevrədəki mənzil-qərargahının bəyanatında deyilir ki, bu, dünyada qeydə alınan A(H5N2) qripi virusuna insan yoluxmasının laboratoriya tərəfindən təsdiqlənmiş ilk hadisəsidir.
Xəstəlik Meksika ştatının 59 yaşlı sakinində aşkarlanıb. Mütəxəssislər onun quş və ya digər heyvanlarla təması olmadığını bildiriblər. Xəstənin yaxınlarının dediyinə görə, o, başqa səbəblərdən üç həftə yataqda qalıb. Bundan sonra meksikalıda hərarət, nəfəs darlığı, ishal, ürəkbulanma və ümumi halsızlıq yaranıb. Aprelin 24-də xəstəxanaya yerləşdirilsə də, elə həmin gün orada ölüb.
tag: Yoluxma, Virus, Meksika, Quş qripi, todaypress.az,