İki yeni super ekzoplanet kəşf edildi
Maraqlı
09.08.2024 17:15
Beynəlxalq astronomlar qrupu iki yeni super - Yer ekzoplanetini – “TOI-6002 b” və “TOI-5713 b” kəşf edib.
TodayPress xəbər verir ki, “TESS” kosmik teleskopundan istifadə etməklə aparılan müşahidələrin nəticələri “Arxiv” saytında dərc olunub.
Ekzoplanetlər M cırtdan ulduzların ətrafında fırlanır və ölçüsü Yerdən təxminən iki dəfə böyükdür.
“TOI-6002 b” ekzoplanetinin radiusu Yerdən 1,65, kütləsi isə təxminən dörd dəfə böyükdür. Onun orbital dövrü 10,9 gün, temperaturu 321,1 kelvin (K) səviyyəsində qiymətləndirilir.
“TOI-5713 b” Yerdən 77 faiz daha böyük radiusa və təxminən 4,3 Yer kütləsinə bərabər bir kütləyə malikdir, orbital dövrü 10,44 gün və temperaturu təxminən 347,2 K
Orbitlərin və temperaturun dəqiq parametrlərinə baxmayaraq, planetlərin tərkibi qeyri-müəyyən olaraq qalır. Onlar ya qayalı dünyalar, ya da yüksək sulu planetlər ola bilər.
Günəş Mərd
tag: Super Ekzoplanet,TOI-6002 b,TOI-5713 b, Yer, Astronomlar, todaypress.az,