İdeal yuxu saatını hesablamaq üçün düstur
Çox vaxt gündə yeddi ilə doqquz saat arasında yatmağı məsləhət görürlər. Ancaq bəzən ən azı tövsiyə edilən vaxt qədər yatsaq da, yorğunluq hissi ilə oyanırıq.
TodayPress xəbər verir ki, bu barədə “Men Today-in Sleep Foundation” məlumat yayıb.
Məlumatda ideal yuxuya getmə vaxtını hesablama qaydası göstərilib.
Qeyd olunub ki, hər biri 90 dəqiqəlik 5 tam yuxu dövrü 7 saat 30 dəqiqədir.
Özünüzə yuxuya getmək üçün vaxt vermək üçün 15 dəqiqə əlavə edin və beləliklə yuxu üçün 7 saat 45 dəqiqə qazanmış olacaqsınız. Bu rəqəm oyanmağınız lazım olan vaxtdan çıxılmalıdır. Məsələn, səhər saat 7-yə zəngli saat qurun. Vaxtı 7 saat 45 dəqiqəyə qədər geri sayın. Buradan çıxan nəticəyə görə, saat 23:15-də yatmaq lazımdır.
Nicat Osman
tag: Yatmaq,Yuxu,Sistem ,Yataq ,todaypress.az,