Heyvanlar insanlar kimi "danışa" biləcək

Maraqlı

08.05.2025 14:00

9

Süni intellekt heyvanların dilini insan dilinə çevirəcək. 

TodayPress xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Belə ki, Çinin texnologiya nəhəngi "Baidu" heyvanların səslərini, davranışlarını və emosiyalarını insan dilinə çevirmək məqsədi daşıyan süni intellekt texnologiyası üçün patent müraciəti edib.

Yeni texnologiya heyvan səsləri, bədən dili və digər bioloji siqnalları analiz edərək onların emosiyalarını müəyyənləşdirir və sonra bu məlumatları insan dilinə çevirir. Sistem süni neyron şəbəkələrindən istifadə edir.

"Baidu" hələlik bu texnologiyanın nə zaman və hansı məqsədlə istifadə ediləcəyini açıqlamayıb.

Qeyd edək ki, patent ərizəsinin təsdiqlənmə prosesi bir ildən beş ilə qədər davam edə bilər.

Ərizə 2023-cü ilin dekabrında təqdim edilsə də, Çin Milli Əqli Mülkiyyət İdarəsi bu barədə məlumatı 2025-ci il mayın 6-da dərc edib.

Türkan İsgəndərli

tag: Baidu,Heyvan,İnsan,Dİl,todaypress.az,