Hələ də cüt geyinib birlikdə yatan 90 yaşlı əkizlərin maraqlı ömür yolu
Maraqlı
27.06.2024 08:00
Lois Laşer və Lori Huts körpə olanda eyni beşikdə yatıblar. 90 il keçib, yaşadıqları evdə 4 yataq otağı olsa da, eyni yatağı paylaşmağa üstünlük verirlər.
TodayPress 90 yaşlarını qeyd edən maraqlı ömür yolu keçən əkiz bacıların hekayəsini təqdim edir.
Eyni əkizindən 5 dəqiqə sonra dünyaya gələn Lori, "Hər zaman sizinlə yoldaşlıq edəcək birinin olması gözəldir" deyir .
Ötən həftə 90 yaşını 200-dən çox insanın iştirakı ilə qeyd edən cütlük həyatlarının böyük hissəsini birlikdə keçiriblər.
Onlar 1934-cü ildə ABŞ-nin Şeridan qraflığında anadan olublar .
Lois böyük bacı olduğunu xatırlatmağı xoşlayır. Lori isə ona sataşaraq “O özünü müdirə hesab edir” deyir.
Bir-birinin cümlələrini tamamlamağı sevən əkizlərdən biri olan Lois, doğum hekayəsini belə nəql edir: “Möhkəm yağış yağırdı. Atamız həkim dalınca getdiyi üçün nənəmiz mamalıq etməli olub.”
Hələ iməkləməyə başlayandan öz dilləri olduğunu deyən Lori, "Bizim öz dilimiz vardı. Anamız dedi ki, normal danışmasaq, bizi ayıracaq" deyə qeyd edib.
Onları hələ də doğmalarının belə ayırd edə bilmədiklərini deyən əkizlər, 90 ildən sonra da hamının onları dəyişik saldıqlarını deyirlər.
"Müəllimlər deyərdilər ki, onlara fərqli paltarlar geyindirməlisən ki, biz onları fərqləndirə bilək” deyə Lois bildirib.
Lakin onlar fərqli geyinəndə tənəffüs zamanı paltarlarını dəyişərək sinif yoldaşlarını və müəllimlərini təəccübləndiriblər.
Əkizlərin böyük bacısı və iki qardaşı var idi, lakin onlar artıq həyatda deyil. Lois deyir: "Başqaları ilə oynamağa vaxtımız olmurdui, başqa heç kimə ehtiyacımız yox idi".
Lori yeniyetməlik illərində sevgililərinin onları dəyişik saldıqlarını deyir: “Bizi ayıra bilmirdilər. Onlardan təxmin etmələrini xahiş edərdik və bəzən səhv cavab verərdilər”.
Tale elə gətirir ki, bacılardan biri 1957- ci ildə liseydə oxumaq üçün evi tərk etməli olur. Onlar bir müddət ayrı yaşayırlar. Telefonla danışsalar da, məsafə onlar arasında çətinlik yaradırdı.
Lois o illəri belə xatırlayır: “Həyat yoldaşım mənim üzgün olduğumu görəndə deyirdi ki, gəl gedək Lorini görək”.
Loisin 3 qızı, 1 oğlu, Lorinin 1 qızı, 3 oğlu var.
Lori boşandıqdan Lois isə həyat yoldaşını itirdikdən sonra əkizlər 2007-ci ildə birlikdə yaşamağa başlayıblar. Onlar bir-birlərinə dəstək olduqlarını, xəstəliklərə qarşı birgə mübarizə apardıqlarını deyirlər.
Onların gündəlik işləri belə başlayır: Səhər saat 6-da oyanmaq, qəhvə içmək və televizor qarşısında səhər yeməyi yemək, tikiş tikmək.
Əkizləri hər yeməyi birlikdə yeyir, növbə ilə təmizlik işləri görür və yemək bişirirlər.
GÜNEL
tag: Əkiz,ABŞ, Şeridan qraflığı, Maraqlı, todaypress.az,