Həkimlər ağ düyüdən imtina etməyi tövsiyə edir
Maraqlı
05.10.2024 14:25
Dietoloqlar bildiriblər ki, bəzi insanlar sağlamlıqları naminə ağ düyüdən imtina etməlidirlər.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, ağ cilalanmış yuvarlaq düyü karbohidrat mübadiləsi pozulmuş, şəkərli diabet və piylənmədən əziyyət çəkən insanlara tövsiyə edilmir.
Belə düyü qanda qlükoza səviyyəsini kəskin şəkildə artırır, bu da metabolik pozğunluğa səbəb ola bilər.
Qeyd olunan xəstəliklərdən əziyyət çəkən insanlara həddən artıq bişmiş ağ düyü əvəzinə tərkibində daha çox lif olan qəhvəyi və ya qara düyü yemək tövsiyə olunur.
Günəş Mərd
tag: Ağ Düyü ,Xəstəlik ,İnsanlar ,Sağlamlıq ,Karbohidrat, todaypress.az,