Hansı qidalar əhval-ruhiyyəni yaxşılaşdırır? - Həkim açıqladı

Maraqlı

28.09.2024 15:52

Yeməklərdə ədviyyat istifadə etmək əhvalınızı yaxşılaşdıra bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Fomina Clinic” şəbəkəsinin qastroenteroloqu Yekaterina Girenko məlumat verib.

Mütəxəssis izah edib ki, ədviyyatlı yemək yeyərkən sevinc hormonları olan endorfinlər istehsal olunur. 

Başqa bir nəzəriyyəyə əsasən, ədviyyatlı yemək yeyərkən sevinc hissinin yaranması qan dövranının artması, həmçinin serotonin və norepinefrin ifrazı səbəbindən baş verir. 

Lakin həkim xəbərdarlıq edib ki, çoxlu miqdarda ədviyyatlı yemək qəbul etmək selikli qişanın kimyəvi yanmasına səbəb ola bilər.

Töhfə Səməd

tag: Yeməklər, Əhval-Ruhiyyə,Mütəxəssislər ,Həkim ,Xəbərdarlıq ,Ədviyyat, todaypress.az,