Hamının bir böyrəyinin olduğu Asiya kəndi

Maraqlı

08.06.2024 09:19

Nepalın şərqində Hokse adlı kənddə hamının bir böyrəyi var.

TodayPress xəbər verir ki, bu kəndə "Böyrək kəndi" də deyirlər. Hokse kəndi Nepalın ən yoxsul kəndlərdən biridir.Burda insanlar o qədər yoxsuldurlar ki, kəndlilərin çoxu böyrəklərini qara bazarda satmağa məcbur qalırlar.

Böyrəklərini sataraq aldıqları pula isə tərəvəz yetişdirmək üçün torpaq sahəsi alırlar. Bir çox hallarda bu insanlar orqan alverçilərindən pullarını belə ala bilmir və ya aldıqları pul qara bazar qiymətindən çox aşağı məbləğdə olur. Bu insanlar yoxsulluq içində doğulublar, daha yaxşı həyat keyfiyyətini artırmaq imkanları yoxdur. İşsizlik və çətin həyat şərtləri onları böyrəklərini satıb ailələrini dolandırmağa vadar edir.

Qeyd edək ki, 2007-ci ildə Nepal hökuməti pul müqabilində böyrək donorluğuna qadağa qoyub. Bu da orqan alverçiləri üçün fürsətə çevrilib. Böyrək satışı ilə məşğul olan qara bazar ildə 650 milyon ABŞ dollarından çox gəlir gətirən gəlirli sahəyə çevrilib və ildə 10.000-dən çox prosedurun həyata keçirildiyi təxmin edilir.

GÜNEL

tag: Asiya, Nepal, Böyrək donoru, Yoxsulluq, todaypress.az,