Güclü kosmik zərbə Yerə çatdı

Maraqlı

23.11.2024 12:34

Astronomlar tarixdə indiyədək kosmosun dərinliklərindən Yerə gəlib çatan ən güclü zərbə dalğalarından biri barədə məlumat veriblər. 

TodayPress xəbər verir ki, bu barədə məqalə “Monthly Notices” jurnalında dərc olunub.

Alimlər müəyyən ediblər ki, toqquşma Yerdən 290 milyon işıq ili uzaqlıqda yerləşən “Stefan Quintet” qalaktikalar qrupunda baş verib. Burada “NGC 7318b” saatda 3,2 milyon kilometr sürətlə digər dörd qalaktikaya çırpılıb. Nəticədə, qırıcı təyyarənin səsinə bənzər güclü zərbə effekti yaranıb. 

Böyük Britaniyanın Hertfordşir Universitetinin astrofiziki toqquşan qalaktikaların mürəkkəb düzülüşünü təhlil etməyi bəşəriyyət üçün nadir şans adlandırıb.

Günəş Mərd

tag: Alimlər, Zərbə, Yer, Böyük Britaniya, Astronom, todaypress.az,