"GTA VI"nın buraxılışı təxirə salındı
"Grand Theft Auto VI" (GTA VI) oyununun çıxışı 2026-cı ilin 26 may tarixinə təxirə salınıb.
TodayPress xəbər verir ki, bu barədə oyunun tərtibatçısı "Rockstar Games" rəsmi saytında məlumat yayıb.
Şirkət pərəstişkarlara səbrlərinə görə təşəkkür edib və əlavə vaxtın oyunu daha keyfiyyətli etmək üçün lazım olduğunu bildirib. Əvvəllər oyunun 2025-ci ilin payızında buraxılması planlaşdırılırdı.
"GTA VI"nın "Xbox Series X|S" və "PlayStation 5" platformalarında çıxacağı gözlənilir. "GTA" seriyası 1997-ci ildən fəaliyyət göstərir və ABŞ-də uydurma şəhərlərdə keçən döyüş-macəra oyunları ilə məşhurdur.
Türkan İsgəndərli
tag: GTA,Oyun,Maşın,Xbox,todaypress.az,