Göz rəngləri xəstəliklərin carçısı ola bilər - ARAŞDIRMA
Maraqlı
30.07.2024 07:00
Alimlər xəbərdarlıq edirlər
ki, göz rəngləri müəyyən xəstəliklərin carçısı ola bilər.
TodayPress xəbər
verir ki, Almaniyada göz rəngləri ilə bağlı aparılan araşdırmanın nəticələri hər
kəsi təəccübləndirib.
Göz rəngindəki fərqlər bədənimizdə
müəyyən xəstəliklərə qarşı həssaslıq ortaya qoyub. Alman Oftalmologiya
Assosiasiyası bununla bağlı araşdırma apararaq belə bir nəticəyə gəlib. Göz rəngindəki
fərqlər bəzi xəstəlikləri aşkar edə bilər. Araşdırmaya görə, gözlərdəki piqment
nisbətinin izlənilməsi lazım olan bəzi xüsusiyyətləri təmin edir. Göz rəngini təyin
edən melanin nisbəti göz xəstəliklərində mühüm rol oynayır. Yaşıl və mavi kimi
açıq rənglər işığa qarşı həssaslığın artması, şiş riski və retinanın kalsifikasiyası
ilə əlaqələndirilir. Qəhvəyi və ya tünd gözlü insanlarda katarakt və buynuz
qişa nəqlindən imtina nisbəti daha yüksəkdir.
Alman Oftalmologiya Dərnəyinin
mütəxəssisləri və Köln Universiteti Xəstəxanası Oftalmologiya Mərkəzinin
direktoru Claus Cursiefen, gözdəki melaninin həmişə qəhvəyi rəngə sahib
olduğunu ifadə edib. Bildirib ki, bu piqment yaşıl və mavi gözlərdə az olur və
ya yoxdur. Göz rəngindəki fərqlər genetik faktorlar və melanin piqmentinin
paylanması ilə əlaqədardır. Göz rəngi bir çox fərqli genin qarşılıqlı təsirinin
nəticəsidir. Xüsusilə, OCA2 və HERC2 genləri melaninin istehsalına və
paylanmasına təsir edərək göz rəngini təyin edir. Bu genlərdəki dəyişikliklər
göz rəngindəki fərqləri izah edir. Melanin gözün irisində olan piqmentdir.
Melanin gözün irisində olur və iki əsas növdə olur: eumelanin (qəhvəyi və qara
çalarları) və feomelanin (qırmızı və sarı çalarları). Melaninin miqdarı və növü
göz rənginə təsir göstərir. Məsələn, daha çox melanin olan gözlər qəhvəyi görünə
bilər, daha az melanin olan gözlər isə mavi və ya yaşıl ola bilər. Melaninin
miqdarı nə qədər çox olarsa, göz rəngi bir o qədər tünd olur. Melanin az
olduqda, göz rəngi daha açıq olur. Qəhvəyi gözlərdə yüksək səviyyədə melanin
var, mavi gözlərdə isə melanin səviyyəsi aşağıdır. Genetik mutasiyalar göz rəngində
dəyişiklik yarada bilər. Məsələn, heterokromiya vəziyyətində bir insanın iki
gözü fərqli rənglərdə ola bilər və ya bir göz içərisində fərqli rənglər görünə
bilər. Bu şərtlər genetik mutasiyalar və ya anadangəlmə anomaliyalar nəticəsində
yarana bilər.
Göz rəngi insanın şəxsiyyətini
ifadə edir. Göz rənginin düşünüləndən daha çox mənası ola bilər. Çünki həmişə
“gözlər qəlbin aynasıdır” deyirlər. Beləliklə, gözlər və görünüşlər ruhu əks
etdirir. Son araşdırmalara görə, göz rənginin şəxsiyyətlə bağlı bəzi xüsusiyyətləri
də ortaya çıxıb.
Açıq-qəhvəyi. Açıq
və ya hətta orta qəhvəyi gözlər əyləncəli, qayğıkeş və rahat bir xarakterə
malik insanın göstəricisidir. Mehribanlıq, azad, yeni dostlar qazanmağı sevən
insanlar məhz açıq-qəhvəyi göz rənginə sahib olanlardır.
Fındıq qəhvəyi. Fındıq
qəhvəyi və ya boz-qəhvəyi gözlərə malik kəslər həmişə macəraya hazır olan
pozitiv insanlardır. Cəsarətli və həssasdırlar.
Mavi-boz. Mavi-boz
gözləri olanlar güclü bir münasibət nümayiş etdirmək vərdişinə malikdirlər.
Əslində çox ağıllı və mehriban insanlardır. Bu göz rənginə sahib insanlarda mənfi
xüsusiyyətlər də aşkarlanıb.
Mavi. Mavi gözlü
insanlar böyük daxili gücə malikdirlər. Onların ən çox qarşılaşdıqları problem
çox yanlış mühakimə olunmasıdır. Onların çox eqoist və ya çox təmkinli
olduqları güman edilir və həqiqət budur ki, heç biri də deyil. Onlar sakit,
ağıllı, mehriban, gənc və həyat doludurlar. Bu insanlar uzunmüddətli münasibətlərə
meyillidirlər.
Yaşıl. Bu rəngli gözlərə
sahib insanlar güclü və diqqətli olurlar. Həmçinin ağıllı və çox maraqlı
insanlardır. Məhz yaşıl gözlü insanlarda həyata həvəs digərlərinə nisbətən daha
çoxdur. Bundan başqa, həmin insanlar cəlbedici hesab edilirlər. (azertag.az)
tag: Göz rəngi, Xəstəlik, Araşdırma, Almaniya, todaypress.az,