"Google Maps"də Antarktidada sirli qapı göründü

Maraqlı

16.03.2025 11:15

1356

"Google Maps"də peykdən çəkilmiş Antarktida görüntülərində “qapı” aşkar edilib. 

TodayPress xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.

Koordinatları 69°00'50 cənub eni və 39°36'22 şərq uzunluğu olan obyektin Yaponiyanın Şoua tədqiqat stansiyasının cənub-şərqində yerləşdiyi dəqiqləşdirilir. "Qapı" müxtəlif nəzəriyyələrin mövzusu olub. İstifadəçilər bunun "Bigfoot" tətil evi, "Boeing" təyyarəsinin qapısı və ya "Star Trek" seriyasından tərk edilmiş bir servis olduğunu irəli sürüblər.

Lakin qlasiologiya professoru Betan Devis bu fərziyyələri təkzib edib. O, təsvirlərdə görünən obyektin sahilə yaxın yerdə ilişib qalan və hazırda əriməkdə olan aysberqin parçası olduğunu izah edib. 

“Bu ərazidə bir çox başqa aysberqləri görmək olar" deyə o izah edib.

Töhfə Səməd 

tag: Google Maps,Antarktida ,Qapı,Sirr,todaypress.az,