"Ginnesin Rekordlar Kitabı"na daxil edilən kilsə
Maraqlı
08.07.2024 11:02
İspaniyanın cənubunda Benalmadena bələdiyyəsi var. Bu bölgədə çox maraqlı bir məkan var. Söhbət Kolomaresdəki Santa Isabel de Ungria kilsəsindən gedir. Adı çəkilən tikili dünyanın ən kiçik kilsəsi statusunu alıb və 1992-ci ildə "Planetin ən kiçik kilsəsi" şərhi ilə "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
Kolomaresdəki Santa Isabel de Ungria, Kolomares qalasının içərisində yerləşən kiçik bir binadır. 1987-ci ildə tikilən kilsənin sahəsi cəmi 1,96 kvadratmetrdir.
Nərmin Tuncay
tag: Rekordlar Kitabı, İspaniya, Benalmadena, Kolomares, Qala, todaypress.az,