Geomaqnit qasırğası gözlənilir

Maraqlı

06.01.2025 15:04

Günəşdə fəallığın artması səbəbi ilə yanvarın 1-də geomaqnit qasırğası başlayıb və G4 (şiddətli qasırğa) səviyyəsinədək yüksəlib. Hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4-ə bəbabərdir və kosmik hava aktivdir.

Bu barədə TodayPress-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, geomaqnit sahəsi - müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınları 08 yanvaradək təsir göstərəcək. Əlavə olaraq 06 yanvarda baş vermiş TKA-nın təsiri ilə gün ərzində G1-G2 səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var.

tag: Geomaqnit ,Qasırğa ,Kosmik ,Hava, todaypress.az,