Gec yatanlara pis xəbər
Maraqlı
11.09.2024 11:58
Alimlər müəyyən ediblər ki, gec yatan insanlarda 2-ci tip şəkərli diabetə daha çox rast gəlinir.
TodayPress xəbər verir ki, bu barədə “Diabetologia” nəşri məlumat yayıb.
Araşdırmalar göstərib ki, gec yatanların şəkərli diabetə tutulma ehtimalı digərlərinə nisbətdə 46 faiz çoxdur.
Alimlərin fikrincə, bu, təkcə həyat tərzi xüsusiyyətləri ilə deyil, həm də maddələr mübadiləsinin pozulmasına səbəb olan və nəticədə şəkərli diabetin yaranmasına gətirib çıxaran sirkadiyalı ritmlərin pozulması ilə əlaqədardır.
Günəş Mərd
tag: Alimlər, Yatmaq, Həyat Tərzi ,Xəstəlik, Pozulma, todaypress.az,