Futbolçulara arı hücumu: Oyun dayandırıldı

Maraqlı

30.04.2025 13:01

85

Hindistan superkuboku çərçivəsində keçirilən futbol oyununda təhlükəli hadisə yaşanıb. 

TodayPress xəbər verir ki, bu "İnter Kaşi" və "Mumbai Siti" komandaları arasında baş tutan matç zamanı top tribunadakı arı pətəyinə dəyib.

Nəticədə arılar meydançaya kütləvi şəkildə hücum ediblər. Hakimlərdən biri yerə uzanaraq özünü qorumağa çalışıb, azarkeşlər isə tribunada təşviş içində qaçaraq təhlükəsiz yerə sığınmağa çalışıblar. Arıların hücumu zamanı həm hakimlər, həm də bəzi azarkeşlər zərər görüblər.

Hadisə səbəbilə oyun 15 dəqiqəlik fasilə ilə dayandırılıb. Qısa müddətli təşvişdən sonra vəziyyət nəzarət altına alınıb və oyun davam etdirilib.

Türkan İsgəndərli

tag: Arı,Futbol,Hücum,Pətək,todaypress.az,