Evimizdəki təhlükə - Hər ay trilyonlarla mikroplastik buraxır
Maraqlı
26.06.2024 09:30
Dünyada məişət təmizliyində istifadə olunan melamin köpük süngərləri hər ay trilyonlarla mikroplastik buraxır.
TodayPress xəbər verir ki, Çinin Cənub-Şərqi Universitetindən “Environmental Science & Technology” jurnalında dərc edilən yeni bir araşdırma, unikal təmizləmə xüsusiyyətləri ilə məşhur olan melamin süngərlərinin ətraf mühitdə əvvəllər rast gəlinməmiş mikroplastik liflərin (MPF) mənbəyi ola biləcəyini vurğulayır.
Süngərlər ovucu təmizləyici məhsulların istehsalı üçün idealdır, çünki onları bir-birinə yapışdırılmış plastik polimerdən yumşaq köpük halına gətirirlər.
Bununla belə, istifadə zamanı köhnəldikcə, köpük daha kiçik hissələrə parçalanır və mikroplastik lifləri (MPF) hər dəfə yuyulma zamanı kanalizasiya sistemlərinə axıdılır.
Bu zəhərli mikroplastiklər təbiət tərəfindən istehlak edilərək qida zənciri vasitəsilə yenidən insanlara qaytarıla bilər.
Onların immun və endokrin sistem pozğunluqları, eləcə də bir neçə növ xərçəng xəstəliklərinə səbəb olduğu müəyyənləşdirilib.
Yeni araşdırmada tədqiqatçılar melamin köpüyünün nə qədər tez parçalandığını müşahidə edərək istifadə zamanı nə qədər mikroplastik lifin ixrac olduğunu hesablayıblar.
Tədqiqata görə, bir süngər hər qram köhnəlmiş süngərdən 6,5 milyondan çox lif buraxa bilər.
Mütxəssislər "Süngər eroziyası 6,5 milyon MPF/q buraxa bilər ki, bu da süngər istehlakı səbəbindən ümumi qlobal tullantıların 4,9 trilyon MPF olduğunu göstərir" deyə vurğulayıblar.
Onlar daha sıx köpükdən hazırlanan süngərlərin daha yavaş köhnəldiyini və daha az mikroplastik lif istehsal etdiyini bildiriblər.
Tədqiqatçılar daha sonra bu köpüklərin istifadəsi nəticəsində ətraf mühitə nə qədər mikroplastikin daxil olduğunu təxmini qiymətləndirmək üçün “Amazon”nun aylıq satışlarına baxıblar. Hesablamalara görə, hər ay melamin süngərlərindən 1,55 trilyon lif ayrılır.
GÜNEL
tag: Mikroplastik, Süngər, Melamin, Tədqiqat, todaypress.az,