Enerji içkiləri zərərlidir? - Həkim açıqladı

Maraqlı

22.09.2024 14:18

Qastroenteroloq Mariya Kombarova bildirib ki, enerji içkilərinin asılılıq yaratdığı barədə məlumatlar yalandır.

TodayPress xəbər verir ki, o, bu barədə “Lenta.ru” ilə söhbətində danışıb.

Həkim bildirib ki, enerji içkilərinin tərkibində bir çox digər içkilər və qida məhsulları ilə eyni komponentlər var.

“Bir qutu enerji içkisinin tərkibində təxminən 600 milliqram taurin var. Ancaq bu sizi qorxutmamalı və həyəcanlandırmamalıdır. Taurin orqanizm tərəfindən istehsal olunan təbii amin turşusudur” deyə Kombarova aydınlıq gətirib.

Onun sözlərinə görə, energetik içkilərin tərkibində asılılıq yaradan zərərli inqrediyentlər yoxdur.

Sonda həkim qeyd edib ki, bu içkilər məqbul həddə istehlak edilərsə, orqanizmə heç bir zərəri yoxdur.

Töhfə Səməd

tag: Qastroenteroloq,Mariya Kombarova,Həkim,Enerji İçkiləri,Zərər,todaypress.az,