Ən qədim üçölçülü xəritə kəşf edildi

Maraqlı

16.01.2025 15:08

Avstraliya mütəxəssisləri fransız həmkarları ilə birlikdə ən qədim üçölçülü xəritəni kəşf ediblər. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, xəritə 1980-ci illərdən bəri məlum olan “Segonol 3” qaya sığınacağında arxeoloqlar tərəfindən müəyyən edilib. 

Alimlərin fikrincə, xəritənin yaşı 13 min il ola bilər.

Tapıntı daha çox təpələri və su yollarını - çayları, bataqlıqları olan mənzərəni təsvir edən üçölçülü miniatürə bənzəyir. Məlumdur ki, son paleolit insanları üçün çayların yeri haqqında məlumat böyük əhəmiyyət kəsb edib.  

Mütəxəssislər hesab edirlər ki, xəritə su ilə bağlı müəyyən mifik məna daşıya bilər. 

Qeyd edək ki, bu kəşfdən əvvəl ən qədim üç ölçülü xəritənin təxminən 3 min il əvvəl Tunc dövrü insanlarının yaratdığı daşınan daş lövhə olduğu deyilirdi.

Günəş Mərd

tag: Qədim ,Xəritə,Lövhə ,Kəşf ,todaypress.az,