Ən çox qəhvə içilən 7 ölkə - SİYAHI

Maraqlı

03.12.2024 12:33

Qəhvə bütün dünyada milyonlarla insan üçün səhərin vazkeçilməz içkisidir. Ancaq bəzi ölkələrdə qəhvə içki olmaqdan kənar bir mədəniyyətə çevrilib. 

TodayPress xarici KİV-ə istinadla adambaşına ən çox qəhvə istehlak edən ölkələr və onların qəhvə ilə bağlı maraqlı mədəniyyətlərini təqdim edir.

1. Finlandiya

Dünyada ən çox qəhvə istehlak edən ölkə. Bir finli ildə orta hesabla 12 kiloqram qəhvə istehlak edir. Qəhvə Finlandiyada iş fasilələrinin vacib hissəsidir.

2. Norveç

Norveçlilər tez-tez səhər və günorta qəlyanaltılarına qəhvə əlavə edirlər. Norveçdə, adətən süzülmüş qəhvəyə üstünlük verilir.

3. İslandiya

Soyuq iqlimi ilə məşhur olan İslandiyada qəhvə ilə isinməyə üstünlük verirlər. İslandiyalıların sosial həyatında qəhvə mühüm yer tutur.

4. Danimarka

Danimarkalılar qəhvəni hygge (istilik və rahatlıq) mədəniyyətinin bir hissəsi kimi görürlər. Tortlar və peçenye ilə qəhvədən həzz almaq çox məşhurdur.

5. Hollandiya

Hollandiyada kofe tez-tez “koffietijd” (qəhvə vaxtı) adlanan ictimai toplantılarda içilir.

6. İsveç

İsveçlilər qəhvə fasilələrini fika adlandırırlar və bu fasilələr həm qəhvə, həm də desertlər üçün bir ritualdır.

tag: Qəhvə, Dünya,İsveç, Hollandiya, Tortlar, todaypress.az,